Azərbaycan Ermənistana qarşı təcavüz edib deyəndə, onun da müəyyən əraziyə nəzarəti bərqərar etdiyini nəzərdə tuturuq və KTMT-yə müraciət etməyimizin səbəbi də budur. Bu barədə ER Baş naziri Nikol Paşinyan Parlament-Hökumətin sual-cavab sessiyası zamanı bildirib.
Baş nazirin sözlərinə görə, hökumətin KTMT-yə hansı maddə əsasında müraciət etməsi ilə bağlı çoxlu fərziyyələr var.
“Biz Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsi əsasında KTMT-yə müraciət etdik, odur ki, üzv ölkələrdən birinə qarşı təcavüz digər ölkələrə qarşı təcavüz sayılır. Biz Ermənistanın ərazi bütövlüyünü bərpa etmək və Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasını təmin etmək üçün KTMT-dən kömək və dəstək, o cümlədən hərbi yardım istədik və müraciət etdik.
Biz bunu siyasi məqsəd kimi müəyyənləşdiririk ki, işğalçı Ermənistanı tərk etməlidir”, - deyə Paşinyan qeyd edərək bildirib ki, dünən KTMT-nin iclası olub və vəziyyətin qiymətləndirilməsi baxımından bu mərhələ üçün minimum zəruri qərarlar qəbul edilib.