Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sülh müqaviləsi üzərində iş üçün Azərbaycan və Ermənistana səfər edəcək.
Bunu Rusiya XİN-in MDB ölkələri departamentinin direktoru Denis Qonçar deyib.
"Sülh müqaviləsinin hazırlanması məsələsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı səylərimizdə vacib yer tutur", - deyə o bildirib.