ABŞ Senatının üzvü Kris Van Holen bəyan edib ki, Vaşinqton Bakını məsuliyyətə cəlb etməlidir. “Hücumlar törətdiyini etiraf edən Azərbaycan Ermənistana qarşı bu hücumları dərhal dayandırmalıdır, ABŞ isə Azərbaycanı məsuliyyətə cəlb etməlidir. Bu münaqişə zorakılıqla həll edilə bilməz”, - deyə senator “Twitter” səhifəsində yazıb.