KTMT Kollektiv Təhlükəsizlik Şurası təşkilatın Baş katibi Stanislav Zasın başçılığı ilə Ermənistana missiyanın göndərilməsi barədə razılıq əldə olunub. Bu barədə təşkilatın bəyanatında qeyd olunur.
Daha əvvəl, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiyanın Ermənistan və Azərbaycan sərhədində gərginliyin azaldılması istiqamətində atdığı addımları şuraya təqdim edib.