Saat 15:00-a olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət yenidən son dərəcə gərginləşib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Saat 13:00-dan başlayaraq, Sotkdan Qorisə qədər bütün sərhəd xəttində düşmən mülki yaşayış məntəqələrini hədəfə alaraq, zərbə PUA-larından istifadə edərək intensiv raket artilleriya zərbələrini yenidən başlayıb.
“Döyüş bölgəsində humanitar missiya yerinə yetirən Rusiya Federal Təhlükəsizlik Xidmətinin maşınlarının da vurulması diqqətəlayiqdir. Bu, bir daha sübut edir ki, rəsmi Bakının açıqlamalarına baxmayaraq, Azərbaycan silahlı qüvvələri hədəflər arasında fərq qoymur.
Raket hücumları ilə yanaşı, Azərbaycan bölmələri mövqe irəliləyiş cəhdlərini də yenidən başlayıblar. Ermənistan Respublikasının Silahlı Qüvvələri düşmənə adekvat cavab vermək üçün bütün tədbirləri görür”, - ER Müdafiə Nazirliyinin bəyanatında deyilir.