“Azərbaycanın Ermənistana qarşı təcavüzü və Ermənistanın beynəlxalq səviyyəsində tanınmış sərhədlərində olan 3 şəhərin atəşə tutulması narahatedicidir”,- deyə ABŞ konqresmeni Bred Şerman bildirib.
O qeyd edib ki, Birləşmiş Ştatlar Azadlığa Yardım Aktının 907-ci maddəsini tətbiq etməli və Azərbaycana silah satışını dərhal dayandırmalıdır. BMT və ATƏT Ermənistan sərhədində atəşkəs rejimini pozanların məsuliyyətə cəlb olunması üçün atışmaların qeydə alınması sistemlərinin quraşdırılmasına təşəbbüs göstərməlidir. Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunmalıdır”, - Şerman Twitter səhifəsində yazıb.