Rusiya regiondakı təsirindən istifadə edərək Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatları dayandıra bilər. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Dövlət Departamentinin sözçüsü xatırlatdı ki, ABŞ Dövlət katibi Enoni Blinken şəxsən bu məsələdə işirak edir.
“O, prezident Əliyevi hərbi əməliyyatları dərhal dayandırmağa, Ermənistan və Azərbaycan arasında bütün mühüm məsələlərin həllində hərbi qüvvələrin iştirakını dayandırmağa və sülh danışıqlarına başlamağa çağırıb. Bizim mövqeyini həmişə məhz belə olub - bu münaqişənin hərbi həlli yoxdur”,- deyə Ned Prays qeyd etdi.
ABŞ-ın vəziyyətin gərginləşməsini azaltmaq üçün regionda həm müttəfiqləri, həm də tərəfdaşları ilə həm ikitərəfli, həm də çoxtərəfli formada əməkdaşlıq etməyə hazır olduğunu açıq şəkildə nümayiş etdirdiyini bildirən Prays qeyd edib ki, Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar və eskalasiya heç bir tərəfin, o cümlədən Rusiyanın maraqlarından irəli gəlmir.
“Şübhəsizdir ki, Rusiyanın həm Ermənistan, həm də Azərbaycan üzərində ciddi təsiri var. Biz Rusiyanı hərbi əməliyyatların dayandırılmasına və daha geniş şəkildə bu gərginliyin azaldılmasına nail olmaq üçün bu təsirlərdən istifadə etməyə çaöırdıq”,- deyə Prays qeyd etdi.