Sentyabrın 13-də ER xarici işlər naziri Ararat Mirzoyan ilə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel arasında telefon danışığı olub.
Nazir Mirzoyan sentyabrın 13-də gecə yarısı Azərbaycanın Ermənistanın suveren ərazisinə başlatdığı genişmiqyaslı təcavüzü nəticəsində yaranmış vəziyyəti ali nümayəndə Borrelə təqdim edib. Qeyd edilib ki, təkcə hərbi mövqelər deyil, mülki infrastruktur da Azərbaycanın təcavüz hədəfinə çevrilib.
Ararat Mirzoyan Azərbaycanın hərəkətlərinə məqsədyönlü və adekvat beynəlxalq reaksiya verilməsinin vacibliyini vurğulayıb.