ER Müdafiə Nazirliyinin yaydığı məlumata görə, saat 04:00-a olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət son dərəcə ağır olaraq qalır.
“Azərbaycan tərəfinin genişmiqyaslı təxribatı nəticəsində başlayan qarşılıqlı atışma azalmayan intensivliklə davam edir.
Qarşı tərəf artilleriya, minaatan, PUA-lar və iriçaplı atıcı silahlardan istifadə etməkdə davam edir. Həm hərbi, həm də mülki infrastruktura zərbələr endirilir.
Azərbaycan bölmələri bəzi istiqamətlərdə mövqe irəliləyiş tədbirləri həyata keçirib.
Mövqe döyüşləri davam edir", - deyə ER Müdafiə Nazirliyinin bəyanatında deyilir.