Sentyabrın 13-də ER xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid ilə telefon danışığı aparıb.
Ararat Mirzoyan Karen Donfridə sentyabrın 13-də gecə yarısı Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə etdiyi təcavüz nəticəsində yaranmış vəziyyəti təqdim edib.
Nazir Mirzoyan Azərbaycanın təcavüzkar və təxribat xarakterli hərəkətlərinə beynəlxalq ictimaiyyət tərəfindən müvafiq və adekvat reaksiya verilməsinin zəruriliyini vurğulayıb.
ER XİN başçısı vurğulayıb ki, Ermənistan tərəfi Azərbaycanın təcavüzünün qarşısını almaq üçün bütün səylərini göstərəcək.