ER Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Həmsöhbətlər Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı törətdiyi təcavüz və yaranmış vəziyyətdən çıxmaqla bağlı məsələlərə toxunublar. Regionda sülhün və sabitliyin qorunub saxlanılması vurğulanıb.
Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş spektrli məsələlər müzakirə edilib.
Baş nazir Paşinyan ATƏT-in Minsk qrupunun öz mandatına uyğun olaraq həmsədrlik institutundan və təcrübəsindən istifadənin vacibliyini vurğulayıb.