Fransa prezidenti Emmanuel Makron atəşkəs rejiminə ciddi əməl etməyə və Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
Yelisey sarayının mesajında qeyd edilir ki, Fransa prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə müzakirələrə və münaqişə ilə bağlı və ondan irəli gələn bütün məsələləri müstəsna olaraq danışıqlar yolu ilə həll etməyə hazırdır.