Avropa Parlamentinin üzvü Marina Kalyurand beynəlxalq ictimaiyyəti, xüsusilə Avropa İttifaqını Azərbaycanın Ermənistana qarşı güc tətbiq etməsinə aydın cavab verməyə çağırıb.
“Hər iki tərəfi təmkinli olmağa çağıran dişsiz bəyanatların vaxtı deyil”, - deyə Avropa Parlamentinin deputatı qeyd edərək xatırladıb ki, iki həftə əvvəl Azərbaycan və Ermənistan Brüsseldə bir ay ərzində sülh müqaviləsi layihəsi üzərində işə başlamaq barədə razılığa gəlib.