Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalara münasibət bildirib.
Partiyanın sədri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə qeyd edib ki, Gürcüstan regionda sülhün təmin edilməsi istiqamətində öz üzərinə düşən rolu oynamağa hazırdır.
“Bizim üçün ən vacib məsələ regionda sülhün təmin edilməsidir. Bu bizim əsas istəyimiz və tapşırığımızdır. Əgər Gürcüstan və gürcü rəsmilər bu məsələdə hər hansı bir rol oynaya bilərsə, əlbəttə biz buna hazırıq. Hər kəs üçün əsas tapşırıq əlbəttə ki, münaqişənin dayandırılması olmalıdır”, - deyə Kobaxidze bildirib.