İkitərəfli razılaşmalara və KTMT-ya uyğun olaraq vəziyyətin nizamlanmasını dəstəkləməyə dair Ermənistanın müraciətini aldıq.
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı bəyanat yayıb.
“Sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrində vəziyyətin kəskin gərginləşdirilməsi ilə bağlı son dərəcə narahat. Tərəfləri vəziyyətin daha da gərginləşdirilməsindən çəkinməyə, təmkin göstərməyə və Ruisya, Azərbaycan və Ermənistan liderilərinin 2 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq atəşkəs rejimini saxlamağa çağırırıq.
İkitərəfli razılaşmalara və KTMT-ya uyğun olaraq vəziyyətin nizamlanmasını dəstəkləməyə dair Ermənistanın müraciətini aldıq.
Moskva vaxtı ilə saat 09.00-dan etibarən atəşkəslə bağlı Rusiyanın vasitəçiliyi nəticəsində əldə olunan razılaşmanın tam şəkildə yerinə yetiriləcəyinə ümid edirik. Bütün mübahisəli problemlər müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərində isə Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir”,- bəyanatda qeyd olunub.