Ermənistan-Azərbaycan sərhədində döyüşlərin getməsinə dair xəbərlər son dərəcə narahatedicidir. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Twitter” səhifəsində yazıb.
“Tam və dayanıqlı atəşkəs lazımdır. Sülh və sabitliyə alternativi yoxdur və bunu təmin etmək üçün diplomatiyanın alternativi yoxdur”- deyə Mişel yazıb.
Daha əvvəl o bildrimişdi ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin xahişi ilə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan və Azərbaycana səfər edəcək.