Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Respublika prezidenti Vahaqn Xaçaturyan və Parlamentin sədri Alen Simonyan da iştirak edib.
İclasda Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı gecə yarısı başlayan təcavüzkar hərəkətlərinə qarşı yönəlmiş növbəti addımlar müzakirə olunub.
Ermənistan Respublikasının suveren ərazisinə təcavüzlə bağlı Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilənin müddəalarının həyata keçirilməsi məqsədilə Rusiya Federasiyasına, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və BMT Təhlükəsizlik Şurasına rəsmi müraciət edilməsi barədə qərar qəbul edilib.