Artsax Respublikasının Xarici İşlər Nazirliyi sentyabrın 13-də Azərbaycanın Ermənistan Respublikasına qarşı törətdiyi təcavüzkar hərəkətləri, Ermənistanın suveren ərazisinin bombalanmasını və güc tətbiqini qətiyyətlə pisləyir.
“Bu hərəkətlər ermənilərə qarşı nifrət və soyqırım siyasətinin bariz təzahürü, beynəlxalq hüququn və normaların kobud şəkildə pozulmasıdı. Beynəlxalq ictimaiyyəti amorf və ünvansız çağırış və qiymətləndirmələrdən çəkinərək, Azərbaycanın təcavüzkar hərəkətlərini qətiyyətlə pisləməyə, təcavüzkara qarşı müvafiq tədbirlər görməyə çağırırıq”,- deyə bəyanatda qeyd olunub.