Ermənistan Respubikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Baş nazir Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisi istiqamətində gecə yarısı başlayan və artilleriya, iriçaplı odlu silahlardan atışması ilə müşayiət olunan təxribat xarakterli, təcavüzkar hərəkətləri barədə ətraflı məlumat verib.
Nikol Paşinyan Azərbaycan tərəfinin hərəkətlərini qəbuledilməz hesab edib və beynəlxalq ictimaiyyətin adekvat reaksiyasının vacibliyini vurğulayıb.