Azərbaycan silahlı qüvvələrinin Artsaxın mülki əhalisini qəsdən hədəfə alması ilə bağlı etibarlı faktlar son dərəcə narahatedicidir və lazımi şəkildə araşdırılmalı və qiymətləndirilməlidir. Bu barədə Ermənistan Respublikasının Ombudsmanı Kristinne Qriqoryanın “Facebook” səhifəsində deyilir.
“Birləşmiş Millətlər Təşkilatının İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsi bu yaxınlarda o ölkədə sistemli ermənofobiyanın təhlükəli həddə çatmasından danışıb və bu hallar həm komitənin qeydlərini, həm də Azərbaycanın yüksək rütbəli rəsmilərinin Artsaxda ermənilərin etnik təmizlənməsinə dair verdiyi açıq-aşkar ictimai açıqlamaları ağrılı şəkildə sübut edir”.