Gürcüstan Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi Filip Rikeri qəbul edib.
Bu barədə İrakli Qaribaşvili “Twitter“də paylaşımında bildirib.
O, qeyd edib ki, görüş zamanı regional dinamika, Gürcüstanın Avropaya inteqrasiyası, ABŞ-Gürcüstan strateji tərəfdaşlığı və ABŞ-ın regionda və ondan kənarda sülhün, demokratiyanın və inkişafın təşviq edilməsindəki həyati roluna dair müzakirələr aparılıb.