ER Baş naziri Nikol Paşinyan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdeni və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nikol Paşinyan qeyd edib ki, təhsil, infrastruktur, idarəetmə, rəqəmsallaşdırma sahələrində islahatlar ER hökumətinin planının prioritetləri sırasındadır və Dünya Bankı onların uğurla həyata keçirilməsində Ermənistanın mühüm tərəfdaşlarından biridir.
Anna Byerde birgə proqramlara toxunaraq, onların gedişatını və ölkənin iqtisadi irəliləməsinə verdiyi töhfəni səmərəli qiymətləndirib. O qeyd edib ki, Dünya Bankı fəaliyyət planında qeyd olunan prioritetlərin həyata keçirilməsində ER hökumətinə yardımı davam etdirməyə hazırdır.
Uğurlu islahatlar kontekstində hökumət başçısı məhkəmə sistemindən tutmuş dövlət idarəçiliyinə qədər institusional potensialın gücləndirilməsinə yönəlmiş proqramları da vurğulayıb.
Baş nazir Paşinyan səmərəli tərəfdaşlığa görə Dünya Bankına və onun Ermənistan ofisinə minnətdarlığını bildirib və qarşılıqlı maraq doğuran təşəbbüslərlə inkişaf etdirməyə və zənginləşdirməyə hazır olduğunu bir daha təsdiqləyib.