Ermənistan Respublikasının iqtisadiyyat naziri Vahan Kerobyan və nazir müavini Narek Teryan sentyabrın 7-də Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüşüblər.
Tərəflər iqtisadiyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Asiya İnkişaf Bankının nümayəndələri davamlı inkişaf layihələri, xüsusilə günəş elektrik stansiyaları və digər innovativ layihələrlə maraqlanıblar.
Nazir qeyd etdi ki, Ermənistan sadəcə texnologiyadan istifadə edən deyil, texnologiya yaradan ölkəyə çevrilməyə çalışır.