Sentyabrın 7-də Ermənistanla Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətlə ER Xİ nazirinin müavini Vahe Qevorqyan Yaponiyanın ER-dakı fövqəladə və səlahiyyətli səfiri Masanori Fukuşimanı qəbul etdi.
Görüş zamanı nazir müavini və səfir ER və Yaponiya Baş nazirlərinin və XİN başçılarının təbrik məktublarını bir-birinə verərək, bu ildönümün ikitərəfli gündəliyin inkişafı kontekstində əhəmiyyətini qeyd ediblər.
Hər iki tərəf Ermənistan-Yaponiya münasibətlərinin gələcək inkişafı və möhkəmləndirilməsini, ikitərəfli və çoxtərəfli platformlarda əlaqələrin aktivləşməsini vacib sayıb.
Səfir Fukuşima qeyd edib ki, Yaponiya Ermənistanı önəmli tərəfdaş kimi görür.