Vladivostokda işgüzar səfərdə olan ER baş naziri Nikol Paşinyan erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası imkanlarına da toxunub.
Nikol Paşinyanın sözlərinə görə, sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamaq asan proses deyil.
“Biz başa düşməliyik ki, bu, mürəkkəb prosesdir. Bizim niyyətimiz nə qədər çətin olsa da irəli getməkdir”,- deyə Nikol Paşinyan qeyd edərək prosesdə xalqın dəstəyini gözlədiyini qeyd edib.