Sentyabrın 7-də ER müdafiə naziri Suren Papikyan ABŞ Kanzas ştatının qubernatoru Lora Kelli ilə görüşüb.
Qəbul üçün təşəkkür edən Suren Papikyan ER və Kanzas ştatı arasında tarixi və yüksək səviyyəli münasibətlərin əhəmiyyətini qeyd etdi.
ER müdafiə naziri kitərəfli maraq doğuran sahələrdə, xüsusilə də Kanzas Milli Qvardiyasl ilə ER MN sülhməramlı brigadası arasında əməkdaşlıq prespektivlərini təqdim etdi.
Lora Kelli öz növbəsində Suren Papikyana Kanzasa etdiyi səfər üçün təşəkkür edib və illər boyunca formallaşmış münasibətlərin daha da dərinləşdirilməsi üçün əlindən gələni etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Görüşün sonunda Suren Papikyan qubernatoru Ermənistana dəvət edib.