ER baş naziri Nikol Paşinyan Vladivostokda Müqəddəs Gevorg Erməni Apostol Kilsəsinə baş çəkib, burada yerli erməni icmasının nümayəndələri ilə görüşüb.
Baş nazir erməni icması nümayəndələrinin bir sıra suallarını cavablandırıb. Nikol Paşinyan Vladivostoka işgüzar səfərə, Rusiya Federasiyasının Prezidenti ilə görüşə, o cümlədən Dağlıq Qarabağ probleminin həlli, regional infrastrukturların açılması, Azərbaycanla sərhədlərin delimitasiyası imkanlarına toxunub.
Baş nazir səsləndirilmiş suallara cavab olaraq Ermənistanın xarici siyasəti, ölkəmizdə biznes üçün yaradılan şərait, hökumətin prioritetləri, ordu və digər mövzulardan da danışıb.