NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşəcək. Bu barədə NATO-nun saytında məlumat verilib.
Bildirilib ki, görüş sentyabrın 9-da Brüsseldə - NATO-nun mənzil-qərargahında baş tutacaq.
Görüşdən sonra Stoltenberq və Blinken birgə mətbuat konfransı keçirəcək.