Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokda erməni icmasının nümayəndələri ilə görüşdə əmin edib ki, Ermənistan hakimiyyəti heç kimə ölkə ərazisindən dəhliz verməyəcək və yolun açılması Ermənistan və Syunik bölgəsi üçün heç bir təhlükə yaratmır, əksinə, yolun açılması təhlükəsizlik və sabitliyə əlavə təminatlar gətirəcək.
“Mən çox açıq demək istəyirəm ki, biz Ermənistan ərazisindən heç kimə dəhliz verməyəcəyik, lakin biz yol verəcəyik, onu açacağıq və istənilən vaxt bunu etməyə hazırıq. Biz də təkliflər vermişik. Azərbaycan həmin təklifləri qəbul edən kimi həmin təkliflər əsasında konkret sənəd imzalana və saziş çox sürətlə həyata keçirilə bilər. Və sizi əmin edirəm ki, bu, heç bir təhlükə yaratmır”.
Baş nazir qeyd edib ki, yolların açılmasını qeyri-mümkün hesab etmir.