Belarus Polşa ilə sərhəddə yerləşən Brest şəhəri yaxınlığında, paytaxt Minsk və ölkənin şimal-şərqindəki Vitebsk rayonunda hərbi təlimlərə başlayıb.
Reuters-in xəbərinə görə, məlumatı Belarus Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, hərbi təlimlərin sentyabrın 14-dək davam etməsi planlaşdırılıb
Məlumata görə, təlimlərdə belaruslu hərbçilər “düşmən tərəfindən müvəqqəti ələ keçirilmiş ərazilərinin azad edilməsi və sərhəd rayonlarında nəzarətin bərpa edilməsi” tapşırıqlarını icra edəcəklər.