ABŞ-ın Ermənistandakı səfirliyi Qafqaz üzrə danışıqlarda baş müşavir, səfir Filip Rikeri Yerevanda salamlayıb.
Səfirlik bildirib ki, sentyabrın 8-10-da Riker ER rəsmiləri ilə görüşəcək.
Tərəflər ABŞ-ın Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstəyini, eləcə də Ermənistan və Azərbaycanın davamlı sülhə nail olunmasına yönəlmiş diplomatik səylərini müzakirə edəcəklər.