• Հայ
  • Eng
  • РУС
  • Az
Ermənistan BMT Sülh Quruculuğu Komissiyasının Təşkilat Komitəsinin üzvü seçilib Ermənistan BMT Sülh Quruculuğu... 11:12
Donald Tramp Nikol Paşinyana təşəkkür məktubu göndərib Donald Tramp Nikol Paşinyana... 14:36
Ermənistanın ilk peyki Armsat-1 öz missiyasını başa vurur Ermənistanın ilk peyki Armsat-1... 12:39
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Ümid edirik ki, Rusiya və tərəfdaşlarımızla sıx əməkdaşlıq edərək regional vəziyyətimizi idarə edə və nəzarətdə saxlaya biləcəyik։ ER baş naziri
Siyasət
16:2807 Sen, 2022

Ümid edirik ki, Rusiya və tərəfdaşlarımızla sıx əməkdaşlıq edərək regional vəziyyətimizi idarə edə və nəzarətdə saxlaya biləcəyik։ ER baş naziri

ER Baş naziri Nikol Paşinyan Vladivostokda VII Şərq İqtisadi Forumunun plenar iclasında iştirak edib.

Nikol Paşinyan RF Prezidentinə onu 7-ci Cənub-Şərq İqtisadi Forumuna dəvət etdiyinə görə təşəkkür edib. ER Baş naziri öz çıxışında qeyd edib ki, son illər regionda stabil vəziyyət olmayıb: “Bilirsiniz ki, 2020-ci ildə biz müharibədən keçdik və Azərbaycan həmin müharibəyə başlayanda beynəlxalq ictimaiyyətin, o cümlədən Rusiya Federasiyasının bütün diqqəti koronavirus pandemiyasına yönəlmişdi. Ümid edirik ki, Rusiya Federasiyası və tərəfdaşlarımızla sıx əməkdaşlıq edərək regional vəziyyətimizi idarə edə və nəzarətdə saxlaya biləcəyik. Bu, həm də qlobal təhlükəsizlik üçün çox vacibdir”.

Nikol Paşinyan Ermənistanın Cənub-Şərq Forumu və Uzaq Şərqlə nə əlaqəsi olduğunu aydınlaşdıraraq qeyd edib: “Məlumdur ki, indiki şəraitdə logistika sxemləri dəyişir və xəritəyə baxsaq, Ermənistan üçün də imkanların açıldığını görərik və müşahidə edə bilərik”.

O, regionda kommunikasiyaların açılması prosesinə toxunaraq qeyd edib ki, bu, yeni beynəlxalq ticarət kanalları açmaq üçün bir fürsətdir.

“Deməliyəm ki, biz bunda maraqlıyıq və Rusiyanın dəstəyi ilə bu məsələni yaxın vaxtlarda həll edəcəyimizə ümid edirik. Təbii ki, burada hər şey müəyyən olunmayıb. Üçtərəfli komissiyanın işində yaxşı irəliləyiş var, amma hər şey həll olunmayıb, çünki hüquqi məsələləri həll etmək lazımdır. Ümumi mövqe aydındır ki, açılacaq yollar keçdiyi ölkələrin tam suverenliyi altında fəaliyyət göstərməlidir. Və ümid edirik ki, o prinsiplə biz “erməni qovşağı” adlandırdığımız layihəni həyata keçirə biləcəyik. Ümid edirik ki, cənubu şimala, qərbi şərqə birləşdirən yollar Ermənistan ərazisindən keçəcək. Düşünürəm ki, bu layihə təkcə region ölkələri - Ermənistan, İran, Azərbaycan, Gürcüstan, Türkiyə üçün deyil, həm də Rusiya Federasiyası, Uzaq Şərq ölkələri, ümumilikdə Şərq ölkələri, Afrika regionu, Yaxın Şərq üçün də çox vacibdir. Bu, reallaşdırmağa ümid etdiyimiz həqiqətən qlobal layihədir”- deyə Nikol Paşinyan qeyd edib. 

O, Ermənistanla Türkiyə arasında normallaşma prosesinə toxunaraq vurğulayıb: “Ümid edirik ki, Türkiyə ilə münasibətləri Rusiyanın köməyi ilə həll edəcəyik. Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanla intensiv danışıqlar gedir. Bu kontekstdə biz Rusiya Federasiyasının da dəstəyini gözləyirik və bu təkcə Ermənistan Respublikasının strateji müttəfiqi kimi deyil. Rusiya həm də Azərbaycan üçün çox yaxın tərəfdaşdır, hesab edirəm ki, bu, imkanlar açır. Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Rusiyanın rolunu da vurğulamaq istərdim”.

ER Baş nazirinin sözlərincə, Ermənistanın Rusiya ilə münasibətləri müttəfiq və strateji xarakterli olub və qalacaq. O ümid bildirb ki, bu amil regionda sabitlik və sülh üçün əsas olacaqdır.

 
Baxışların sayı199
facebook icon twitter icon

Oxşar xəbərlər

  • ER Baş naziri Şərqi İqtisadi Forumunda çıxış edib 12:0907 Sen, 2022 ER Baş naziri Şərqi İqtisadi Forumunda çıxış edib Siyasət
Հիմա եթերում
Xəbər lenti
  • Respublika Prezidenti Aşqabadda bir sıra ölkələrin prezidentləri ilə danışıqlar aparıb 11:3713 Dek, 2025
  • Ermənistan BMT Sülh Quruculuğu Komissiyasının Təşkilat Komitəsinin üzvü seçilib 11:1213 Dek, 2025
  • Vahan Kostanyan Benilüks xarici işlər nazirliklərinin siyasi direktorları ilə görüşüb 17:1812 Dek, 2025
  • Daxili işlər naziri Aİ-nin Daxili İşlər və Miqrasiya üzrə Komissarı ilə görüşüb 16:2212 Dek, 2025
  • Vahaqn Xaçaturyan Türkmənistanda Neytrallıq Memorialı Kompleksinin önünə əklil qoyub 15:3612 Dek, 2025
  • Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə beynəlxalq konfransda iştirak etdim: Paşinyan 14:2912 Dek, 2025
  • Avropa Komissiyasının sədri Trampı Avropa demokratiyasına qarışmamağa çağırıb 12:1012 Dek, 2025
  • Vahaqn Xaçaturyan İraq prezidenti ilə görüşüb: TRIP-in həyata keçirilməsinin və bütün kommunikasiya kanallarının tam fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb 10:2012 Dek, 2025
  • Səfir Narek Mkrtçyan və Dhruva Caişankar əməkdaşlıq imkanlarını müzakirə ediblər 09:2412 Dek, 2025
  • Avrasiya Hökumətlərarası Şurasının dar çərçivəli iclası başlayıb 16:3311 Dek, 2025
  • Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərdədir 15:3511 Dek, 2025
  • Paşinyan Moskvada keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək 14:4911 Dek, 2025
  • Vahaqn Xaçaturyan Türkmənistanda işgüzar səfərdə olacaq 14:1911 Dek, 2025
  • Tayland-Kamboca sərhədində döyüşlər davam edir 12:3711 Dek, 2025
  • Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və sərhədlərin açılması artıq tamamilə fərqli bir kontekst götürüb: Paşinyan 10:3311 Dek, 2025
  • Təklif edirəm ki, Azərbaycanla birgə yol xəritəsi qəbul edək və eyni zamanda “Qərbi Azərbaycan” və “Qarabağ ermənilərinin qayıdışı” mövzularını bağlayaq: Baş nazir 08:4811 Dek, 2025
  • Nikol Paşinyan EUREF Kampus Berlin elm və texnologiya mərkəzini ziyarət etdi 17:3710 Dek, 2025
  • Hindistan Ermənistanı güclü, regionu isə sülh içində görmək istəyir: Səfir Sinha 17:1510 Dek, 2025
  • Yerevan Bakının Ermənistan-Aİ strateji tərəfdaşlıq gündəliyinin sülh prosesinə zidd olması iddialarını təkzib edir. 15:4710 Dek, 2025
  • Alen Simonyan Bakıda saxlanılan əsirlərin qaytarılması məsələsinə toxunub 14:0410 Dek, 2025
  • Alen Simonyan Bakıda “3+3” formatında mümkün görüşdə Ermənistan nümayəndə heyətinin iştirakını istisna etmir 13:4310 Dek, 2025
  • Düşünürəm ki, yaxın gələcəkdə biz sərhədin müəyyən hissəsini də delimitasiya edəcəyik: Alen Simonyan 13:2810 Dek, 2025
  • Son tarix haqqında danışmaq nankor bir işdir: ER Parlamentinin sədri sülh müqaviləsinin imzalanmasına toxunub 13:1310 Dek, 2025
  • Bizim strategiyamız ondan ibarətdir ki, Ermənistan kənardan kömək olmadan regionda yaşaya biləcək bir ölkəyə çevrilsin: Paşinyan 12:2410 Dek, 2025
  • Robert Abisoğomonyan və BMT baş katibinin müavini “BMT80” təşəbbüsü çərçivəsində planlaşdırılan islahatlarla bağlı fikir mübadiləsi aparıblar 10:5910 Dek, 2025
  • Narek Mkrtçyan konqresmen Tomas Ken ilə görüşüb: ER-ABŞ münasibətlərinin cari gündəminə toxunulub 09:0710 Dek, 2025
  • Baş nazir Nikol Paşinyan bir qrup alman iş adamı və iqtisadi assosiasiyaların nümayəndələri ilə görüşüb 08:0010 Dek, 2025
  • Tbilisidə Ermənistan və Gürcüstan parlamentlərinin sahə komitələrinin üçüncü birgə iclası keçirilib: TRIPP layihəsi də təqdim olunub 16:2609 Dek, 2025
  • Azərbaycan-NATO əlaqələri peşəkar hərbi kadrların yetişməsinə dəyərli töhfə verir: Həsənov 15:0709 Dek, 2025
  • İtaliyanın "La Stampa" qəzeti Yerevan haqqında məqalə dərc edib 12:0509 Dek, 2025
  • Beynəlxalq mexanizmlər soyqırımların qarşısını effektiv şəkildə ala bilməyib: Xarici işlər nazirinin müavini 11:0309 Dek, 2025
  • Baş nazir Nikol Paşinyan Almaniyaya gedəcək 08:0109 Dek, 2025
  • Ermənistan və İran turizm sektorunda sabit inkişaf dinamikasına malikdirlər: Papoyan 16:2308 Dek, 2025
  • İran Ermənistan üçün xüsusi tərəfdaş dost dövlətdir 15:5308 Dek, 2025
  • Armen Qriqoryan Qətər Milli Təhlükəsizlik Şurasının baş katibinin müavini ilə görüşüb 14:5908 Dek, 2025
  • Donald Tramp Nikol Paşinyana təşəkkür məktubu göndərib 14:3608 Dek, 2025
  • İranın xarici işlər naziri Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gədib 13:3308 Dek, 2025
  • ABŞ Konqresində Azərbaycan rəsmilərinə qarşı sanksiyaları nəzərdə tutan yeni qanun layihəsi hazırlanır 12:0008 Dek, 2025

Bütün müəllif hüquqları qorunur.

© 2025 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015