Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Yaponiyanın baş naziri Fumio Kişidaya təbrik məktubu göndərib.
Məktubda qeyd olunur ki, son üç onillikdə Ermənistan və Yaponiya arasında qarşılıqlı hörmətə, xoş niyyətə və qarşılıqlı faydaya əsaslanan dostluq münasibətləri yaradılıb.
“Biz bundan sonra səylərimizi Yaponiya ilə fəal əməkdaşlığın dərinləşdirilməsinə yönəltməyə hazırıq. Ermənistan son 30 ildə Ermənistanın müxtəlif sahələrinin inkişafına böyük töhfə verən dəstəyinə görə Yaponiyaya minnətdardır.
Əminəm ki, ölkələrimiz arasında mövcud siyasi dialoq və yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi və mədəni təmaslar əlaqələrimizə yeni məzmun və keyfiyyət əlavə etməyə imkan verəcəkdir.
Sizə cansağlığı və uğurlar, dost Yaponiya xalqına sülh və xoşbəxtlik arzulayıram”.