ER Baş nazirinin müavini Hambardzum Matevosyan sentyabrın 7-də Ermənistanda xarici sərmayəli iyirmidən çox şirkətin menecerləri və nümayəndələri ilə “İşgüzar səhər yeməyi” formatında görüş keçirib.
Məqsəd Ermənistanda fəaliyyət göstərərkən, xüsusən də dövlət orqanları ilə təmaslar zamanı yarana biləcək problemləri gündəmə gətirmək və Ermənistanın investisiya mühiti ilə bağlı məsələləri müzakirə etmək idi.
Baş nazirin müavini Matevosyan sual-cavab formatında xarici investorların suallarını dinləyib, onları cavablandırıb və dövlət orqanları ilə bağlı mövcud məsələlərin həlli yollarının ən qısa zamanda tapılacağını qeyd edib.