"Avropa İttifaqı (Aİ) Rusiya qazının boru kəməri ilə tədarükünü 2021-ci ildəki 41 %-dən 9 %-ə endirib".
Bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen deyib.
Onun sözlərinə görə, bir neçə gündən sonra təqdim olunacaq enerji böhranının nəticələrinin aradan qaldırılması planına boru kəməri ilə qaz nəqlinin qiymətinin məhdudlaşdırılması da daxildir.
Ursula fon der Lyayen Aİ-də əsasən təbii qazın qiymətindən asılı olan elektrik enerjisi qiymətlərinin artması fonunda vəziyyəti yaxşılaşdırmaq üçün təcili və uzunmüddətli tədbirlər üzərində işlədiklərini bildirib.