ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlarda baş müşavir təyin edilmiş səfir Filip Riker bu həftə regiona səfər edəcək.
Bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib. O qeyd edib ki, bu, onun yeni vəzifədə ilk səfəri olacaq.
"Hər üç ölkədə o, regiondakı əsas məsələləri müzakirə etmək, həmçinin tərəfdaşlara kömək etmək və regional əməkdaşlıqda konstruktiv iştirak etmək yollarını tapmaq üçün yüksək vəzifəli şəxslərlə görüşəcək", – Patel deyib.