Sentyabrın 5-də axşam saatlarında Ermənistan-Azərbaycan sərhəd zonasının şərq hissəsində yerləşən döyüş mövqeyində, ilkin məlumatlara görə, qarşı tərəfin açdığı atəş nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü kiçik çavuş Arman Sargsyan ölümcül yaralanıb.
Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi Arman Sargsyanın ailə üzvlərinə, yaxınlarına və yoldaşlarına dərin hüznlə başsağlığı verir və dəstəyini bildirir.