Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan sentyabrın 6-9-da Rusiya Federasiyasına işgüzar səfər edəcək.
Baş nazir Vladivostokda Rusiya Prezidenti Vladimir Putin və digər dövlət başçılarının iştirakı ilə keçiriləcək 7-ci Şərq İqtisadi Forumunda iştirak edəcək.
Ermənistanın baş naziri ilə Rusiya Federasiyasının prezidenti arasında görüş nəzərdə tutulur.