Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının yeni seçilmiş baş naziri Elizabet Trussa təbrik məktubu göndərib.
Məktubda qeyd olunur ki, Ermənistan Böyük Britaniya ilə demokratik dəyərlərə, praktiki maraqlara və qarşılıqlı hörmətə əsaslanan çoxşaxəli əməkdaşlığın daha da inkişafına və dərinləşməsinə böyük əhəmiyyət verir.
“Bu baxımdam əminəm ki, Sizin rəhbərliyinin dövründə Ermənistan-Britaniya münasibətləri ölkələrimizin firvanlığı və dost xalqlarımızın rifahı naminə yeni təkan və keyfiyyət qazanacaq.
Bu il Ermənistan-Britaniya münasibətlərində yubiley ilidir - biz bu il ikitərəfli diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bu da münasibətləri qiymətləndirmək və əməkdaşlığın yeni perspektivlərini müəyyən etmək üçün yeni mərhələdir. Bu üç onillik ərzində ölkələrimiz arasında əlaqələr ardıcıl şəkildə inkişaf edib.
Mən hesab edirəm ki, ikitərəfli münasibətlərdə hələ də reallaşdırılmamış potensial var və mən bunu müəyyən etmək və həyata keçirmək üçün Böyük Britaniyanın yeni hökuməti ilə yaxından işləməyi səbirsizliklə gözləyirəm.
Sizi bir daha təbrik edir, sizə səmərəli fəaliyyət, Böyük Britaniya xalqına firavanlıq və uğurlar arzulayıram”,- məktubda deyilir.