Sentyabrın 6-da Azərbaycan Müdafiə Nazirliyi növbəti dezinformasiyanı yayaraq iddia edib ki, guya Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 5-də Ermənistan-Azərbaycan sərhədinin şərqində yerləşən Azərbaycan mövqeləri istiqamətində atəş açıblar.
“Ermənistan tərəfinin təcavüzkar hərəkətlər etmək və Ermənistan-Azərbaycan sərhədində vəziyyəti süni şəkildə gərginləşdirmək cəhdləri barədə tamamilə yalan məlumatların yayılmasına əsaslanan bu iş üsulu heç bir halda sərhəddəki vəziyyətin real sabitləşməsinə kömək edə bilməz.
ER Silahlı Qüvvələrinin bölmələri Azərbaycan mövqeləri istiqamətində atəş açmayıb. Üstəlik, artıq xəbər verdiyimiz kimi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Arman Sargsyan dünən Azərbaycan tərəfinin açdığı atəş nəticəsində ölümcül güllə yarası alıb”, - ER Müdafiə Nazirliyinin bəyanatında deyilir.