Azərbaycanın müdafiə naziri Zakir Həsənov Bakıda keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəyə gələn Belarus Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verib.
Görüşdə tərəflər Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, təcrübə mübadilələrinin keçirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.