“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Ermənistan iqtisadiyyatının artım proqnozunu xeyli yaxşılaşdırıb. Ermənistan B+ səviyyəsində yerləşdirilib.
Sentyabrın 2-də agentliyin saytında dərc olunan məlumata görə, Ukrayna münaqişəsi və Rusiyaya qarşı sanksiyalar Rusiya Federasiyası, Ukrayna və Belarus vətəndaşlarının Ermənistana xeyli miqrasiyasına səbəb olub.2022-ci ilin birinci yarısında ziyarətçilərin sayı ölkəyə illik 515% artıb.
Agentliyin analitikləri qeyd edirlər ki, miqrantların əksəriyyəti ali təhsilli, xüsusən də informasiya texnologiyaları sahəsində mütəxəssislərdir.
Agentlik Ermənistan üçün ÜMD-in 2022-ci ildə 6,4%, 2023-2024-cü illərdə isə 4,7%-ə qədər artacağını proqnozlaşdırıb.
Agentlik ölkə iqtisadiyyatına təsir edən mənfi amil kimi Azərbaycanla münasibətlərin risklərini qeyd etsə də, onların ciddi nəticələrinin olacağı proqnozlaşdırılmır.