Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel oktyabrda Praqada keçiriləcək Avropa İttifaqının qeyri-rəsmi sammitinə dəvət olunacaq ölkələrin adlarını açıqlayıb. Bu barədə The Guardian yazır.
Sammitdə iştirak edəcək ölkələr arasında Ermənistan və Azərbaycanın da olması nəzərdə tutulur. Bildirilir ki, tədbirdə Avropa Siyasi Birliyinin (ASB) yaradılması ideyasının müzakirəsi planlaşdırılır. Onun formatı Aİ-yə mümkün üzvlüyünü nəzərdən keçirən ölkələrlə qarşılıqlı əlaqəni nəzərdə tutur.
Bundan əvvəl məlum olub ki, Praqada keçirilən Aİ sessiyasında ASB-nın müzakirəsinin təşəbbüskarı Fransa prezidenti Emmanuel Makron idi. Onun sözlərinə görə, Ukraynanı, Aİ-dən çıxan Böyük Britaniyanı da qəbul edə biləcək təşkilatın yaradılması nəzərdə tutulur.