Dövlət Gəlirləri Komitəsində DGK-nın sədr müavini Aşot Muradyanla İran İslam Respublikasının Kapan şəhərində yeni təyin olunmuş baş konsulu Abedin Varamin arasında görüş keçirilib.
Görüşdə Cənub Gömrük İdarəsinin rəisi Artaşes Qambaryan və İranın Atrpatakan bölgəsinin gömrük orqanının rəhbəri də iştirak edib.
Görüşdə iki ölkənin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin beynəlxalq daşımalarına dair ilkin elektron məlumatların mübadiləsi istiqamətində atılan addımlara əhəmiyyət verilib. Həmçinin yükdaşımalarda operativ xidmətin təşviqi məqsədilə gömrük prosedurlarının asanlaşdırılması mexanizmləri müzakirə olunub.
Erməni tərəfi əmin edib ki, Ermənistanla İran arasında əməkdaşlığın inkişafına yönəlmiş bütün məsələlər təkcə Dövlət Gəlirləri Komitəsinin deyil, həm də ER hökumətinin prioritetləri sırasındadır.
Tərəflər son illər iki ölkə arasında sıx əməkdaşlıq nəticəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib, əməkdaşlığın daha da inkişafı və möhkəmləndirilməsi istiqamətində bütün səylərini göstərməyə hazır olduqlarını bildiriblər.