Sülh, təhsil və ordu: ER Baş naziri Nikol Paşinyan Ermənistanın üç prioritetini qeyd edib və vurğulayıb ki, təhsil həm sülh, həm də ordu üçün mərkəzi əhəmiyyət kəsb edir.
Sentyabrın 2-də Nikol Paşinyan parlamentin “Yay məktəbi” proqramının iştirakçılarını qəbul edib.
Bir neçə saat davam edən görüşdə Baş nazir tələbələrin suallarını cavablandırıb, hökumətin fəaliyyəti, təhsil sahəsində aparılan islahatlar, Dağlıq Qarabağın müstəqillik referendumu və digər məsələlərə toxunub.
Tələbələrdən birinin sualını cavablandıran Nikol Paşinyan 24 milyon dram qarşılığında hərbi xidmətdən vaxtından əvvəl azad edilməsi layihəsindən də danışıb.