Türkiyənin erməni əsilli millət vəkili Garo Paylan öz Facebook səhifəsində Muş və Van səfərinin videosunu paylaşdı.
“Təəssüf ki, xarabalıqda olan Muş və Vandakı tarixi erməni monastırlarını ziyarət etdim. Bunların bərpası və təmirində əsas məsul şəxs şübhəsiz ki, Türkiyə hökumətidir. Bununla belə, biz erməni xalqı olaraq öz irsimizi xatırlamalı, onların bərpasına nail olmalıyıq”,-deyə Paylan yazdı.