Bu gün Avropa İttifaqının genişlənməsi prosesi arxa plana keçir və təşkilkatın gündəmini ayrı-ayrı dairələrin və ölkələrin dar siyasi maraqları formalaşdırır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, genişlənmə vaxtilə Aİ-nin ən uğurlu siyasi təşəbbüslərindən biri olub:
“Müasir Avropa İttifaqı öz içinə qapanıb və dar siyasi maraqlar genişlənmənin gündəmini udub. Məsələn, heç kim Albaniya və Şimali Makedoniyanın Aİ-yə qəbulu niyə bu qədər uzun müddət gözlədiyini izah edə bilməz”.