Filippin Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İqor Bayilen (iqamətgahı: Moskva) bu gün etimadnaməsini respublika prezidenti Vahagn Xaçaturyana təqdim edib.
Hər iki tərəfdən iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu və ikitərəfli ticarət-iqtisadi əlaqələrin təşviqi, iki ölkə xalqları arasında birbaşa təmasların aktivləşdirilməsi istiqamətində addımların atılmasının zəruriliyi vurğulanıb.
Yüksək texnologiyalar, mədəniyyət və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlərə də toxunulub.