Rusiya Federasiyasının Uzaq Şərq federal dairəsində yerləşən hərbi poliqonlardan birində “Şərq-2022” beynəlxalq irimiqyaslı strateji komanda-qərargah təliminin təntənəli açılış mərasimi olub.
Təlimdə Ermənistan Silahlı Qüvvələrinin bölmələri də daxil olmaqla 14 dövlət iştirak edir.
İştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərini və hərbi qulluqçularını salamlayan Rusiya Federasiyası müdafiə nazirinin müavini, general-polkovnik Yunus-Bek Yevkurov mövcud çağırışlara qarşı mübarizədə oxşar genişmiqyaslı birgə hərbi təlimlərin keçirilməsinin vacibliyini xüsusi şəkildə vurğuladı.
Bütün iştirakçılara uğurlar arzulayan Ermənistan hərbi qrupunun komandiri, polkovnik Sasun Badasyan təlimin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.