Ermənistan Respubliaksının Baş naziri Nikol Paşinyan Artsax Respublikasının Müstəqilliyinin 31-cü ildönümü ilə bağlı təbrik mesajı yaydı.
Mesajda qeyd olunub ki, 31 il əvvəl bu gündə Dağlıq Qarabağ Muxtar Vilayəti və Şahumyan vilayətinin bütün səviyyələri deputatlarının birgə iclası öz müqəddəratını təyinetmə hüququndan istifadə edərək Dağlıq Qarabağın müstəqilliyi haqqında qərar qəbul edib.
“Soydaşlarımız bu qərarı Sumqayıtda, Bakıda, Kirovabadda törədilən qırğınlara, ekzistensial təhlükəyə cavab idi. Bu qərar Artsax ermənilərinin təhlükəsizliyinin və hüquqlarının müdafiəsi üçün təminat kimi qəbul olunub.
Müstəqilliyin elan edilməsindən sonra 1991-ci il dekabrın 10-da keçirilən referendum, 1-ci Artsax müharibəsi, 4 günlük müharibə və 44 günlük müharibə baş verib..
Dağlıq Qarabağda soydaşlarımızın yaşamağa davam etməsi faktı olduğu kimi qaldı. Və onların öz evlərində, təhlükəsiz mühitdə yaşamaq hüququ var. Əsasən, Dağlıq Qarabağ probleminin mahiyyəti bundan ibarətdir.
Artsax ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri, Dağlıq Qarabağ statusu məsələsi həll olunmayana qədər Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bütün bəyanatlar yersizdir. Bununla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrliyi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq edilmiş və ləğv edilməmiş mandata malikdir.
Beynəlxalq ictimaiyyət 44 günlük müharibənin yaratdığı humanitar problemlərin ünvanlanması və Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin həyata keçirilməsinin qarşısının alınması üçün səylər göstərməlidir.
Ermənistan Respublikası Dağlıq Qarabağda normal həyatın təmin edilməsi, təhlükəsizlik və insan hüquqlarının müdafiəsi məsələlərinə dəstəyini davam etdirəcək.
Bu gün biz Dağlıq Qarabağı təcəssüm etdirən İnsana təşəkkür sözlərimizi deyirik. Bu gün biz Dağlıq Qarabağda soydaşlarımızın hüquqlarının müdafiəsi uğrunda həlak olan qardaşlarımızın xətirəsini dərin hüznlə yad edirik və onlar qarşısında borcumuz Dağlıq Qarabağda, Ermənistanda, Cənubi Qafqazda sülhün təmin edilməsidir”,- deyə qeyd olunub.